Yanvarın 28-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Texnikabank", fevralın 4-də "Muğanbank", fevralın 11-də isə "Günaybank", "NBCBank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin daşınmaz və daşınar əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
Milli.Az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Söhbət "Texnikabank"a məxsus Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaxana küçəsi, 7 ünvanındakı dəyəri 750 min manat olan 247,92 kv metrlik qeyri-yaşayış sahəsindən, "Muğanbank"a məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 96 ünvanındakı dəyəri 1,5 milyon manat olan 218,3 kv metrlik qeyri-yaşayış binasından, "Günaybank"a məxsus dəyəri 13 min manat olan "CHERY TIGGO 2" markalı minik avtomobilindən, "NBCBank"a məxsus Şamaxı rayonu, Məlhəm kəndindəki dəyəri 200 min manat olan 464,2 kv metrlik fərdi yaşayış evindən, "Qafqaz İnkişaf Bankı"na məxsus Bakı şəhəri, Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi, 147А ünvanındakı dəyəri 2,5 milyon manat olan 1 182,9 kv metrlik qeyri-yaşayış sahəsindən gedir.
Milli.Az