Qəzada yaralanan azərbaycanlı gənc Türkiyədə vəfat etdi

14 Yanvar 2026 12:15

Bir neçə ay əvvəl Gürcüstanda yol qəzasında ağır xəsarətlər alan azərbaycanlı gənc vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, Marneuli bələdiyyəsinin Əzizkənd sakini, 23 yaşlı Nicat Culfayev Türkiyədə dünyasını dəyişib.

Belə ki, müalicə üçün qonşu ölkəyə aparılan Nicatın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ağır qəza ötən ilin sentyabrında baş verib.

Milli.Az