Tailandda kran qatarın üstünə aşdı - Çox sayda ölən və yaralanan var

14 Yanvar 2026 11:07

Tailandda qaldırıcı kran qatarın üstünə aşıb.

Milli.Az xəbər verir ki, qəza çərşənbə günü səhər saatlarında, hərəkət edən qatarda baş verib.

Hadisə Banqkokdan 230 kilometr şimal-şərqdə yerləşən Sikhio rayonunda baş verib.

Polisin məlumatına görə, hadisə nəticəsində qatar relsdən çıxıb, 22 nəfər ölüb, ən azı 30 nəfər xəsarət alıb.

Qatarın relsdən çıxması nəticəsində yanğın baş verib.

Milli.Az