Mərhum meyxanaçı Elnur Valehin Lənkəranda yerləşən evi satışa çıxarılıb.
Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan video qısa zamanda diqqət çəkib və izləyicilərin marağına səbəb olub. Lənkəranda yerləşən dəbdəbəli villa bütün əşyaları ilə birlikdə satışa təklif olunur.
Sözügedən paylaşım sosial platformalarda geniş müzakirələr yaradıb. İzləyicilər paylaşıma çoxsaylı rəylər yazaraq mərhum meyxanaçıya Allahdan rəhmət diləyiblər. Videoda evin geniş və komfortlu olması da xüsusi olaraq vurğulanıb.
Xatırladaq ki, meyxanaçı 16 ildir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkib, dializ müalicəsi alırdı. O, toydan çıxarkən halı pisləşərək komaya düşmüşdü.
Musa
Milli.Az