Təbrizin "Traktor" klubunun keçmiş futbolçusu Mojtaba Torşiz İranda davam edən etirazlar zamanı həyat yoldaşı ilə birlikdə öldürülüb.
Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Bildirilib ki, Mojtaba Torşiz və həyat yoldaşı etiraz aksiyalarında İran xalqını dəstəklədiklərinə görə İslam Respublikası təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.
Hadisənin təfərrüatı ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.
İran hakimiyyəti etirazlar zamanı ölən və yaralananlarla bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Milli.Az