Alonso "Real"dan bu sözlərinə görə GÖNDƏRİLİB

14 Yanvar 2026 11:50

Yanvarın 12-də "Real" klubu baş məşqçi Xabi Alonso ilə yolların ayrıldığını rəsmən açıqlayıb.

Milli.Az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu qərar İspaniya Superkuboku finalı üçün Səudiyyə Ərəbistanına səfərdən sonra komandanın İspaniyaya qayıdışı zamanı baş tutan görüşdən sonra verilib. Məlumata əsasən, Alonso klub rəhbərliyi ilə söhbətində mövcud durumdan narazı olduğunu və daim təzyiq altında işləməyi qəbul etmədiyini bildirib.

Məşqçinin bu açıqlamaları rəhbərlikdə onun komandanı böhrandan çıxarıb yenidən titul mübarizəsinə qaytara biləcəyinə dair şübhələr yaradıb. Nəticədə "Real" rəhbərliyi belə qənaətə gəlib ki, Alonso mövcud şəraitdə komandaya lazımi impulsu verə bilməyəcək.

Bundan başqa, klub rəhbərliyinin ispan mütəxəssisin komandada özünəməxsus oyun üslubu formalaşdıra bilməməsindən də narazı qaldığı bildirilir. Qeyd edək ki, Xabi Alonso "Real"ın baş məşqçisi kimi keçirdiyi 34 oyunda 24 qələbə, 4 heç-heçə və 6 məğlubiyyətlə yadda qalıb.

Hüseyn
Milli.Az