İtaliya klubu "İnter" zədə səbəbilə Hakan Çalhanoğlundan müvəqqəti olaraq yararlana bilməyəcək.
Milli.Az-ın məlumatına görə, bu barədə Milan təmsilçisinin mətbuat xidməti açıqlama yayıb. Bildirilir ki, 31 yaşlı yarımmüdafiəçinin sol ayaq əzələsində zədələnmə aşkarlanıb və o, təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bu səbəbdən türkiyəli futbolçu yanvar ayının sonunadək komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Hakan Çalhanoğlu cari mövsümdə "İnter"in heyətində bütün turnirlər üzrə 22 matçda 8 qol vurub və 4 assistlə yadda qalıb.
Hüseyn
Milli.Az