İnşaat işçisinin bəxti gətirdi: Cibindəki 2 avroya bir mənzil aldı

14 Yanvar 2026 08:19

Almaniyada çalışan bir inşaat işçisi marketdən alış-veriş etdikdən sonra qalıq olaraq aldığı 2 avroluq qəpiyin üzərindəki qəribəliyin fərqina varıb. Diqqətlə baxdıqda qəpiyin üzərindəki naxışların və kəsimin digərlərindən fərqli olduğunu görüb.

Milli.Az xəbər verir ki, bu qəpik istehsal olunarkən texniki bir səhv nəticəsində naxışları sürüşüb və ya fərqli simvollarla basılıb. Numizmatlar (qəpik kolleksiyaçıları) belə nadir xətalı pulları çox yüksək qiymətləndirirlər.

İşçi bu qəpiyi internetdə hərraca çıxarıb və kolleksiyaçılar tərəfindən böyük maraqla qarşılanıb. Nəticədə həmin 2 avro təxminən 150 min avroya (təxminən 275 min manat) satılıb.

Əldə olunan məbləğ Almaniyada və ya digər ölkələrdə orta səviyyəli bir mənzil almaq üçün kifayət edir.

Kolleksiyaçıların bildirdiyinə görə, bəzi qəpiklər xüsusi illərdə, az sayda və ya xətalı istehsal olunduğu üçün qiymətli sayılır. Xüsusilə aşağıdakı detallara diqqət yetirilməlidir:

Lalə Qüdrətova
Milli.Az