Müğənni Nəfəs qatıldığı verilişlərin birində şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib.
Milli.Az xəbər verir ki, o, ilk dəfə olaraq eks əri ilə münasibətlərindən danışıb və açıqlamaları izləyicilər arasında geniş maraq doğurub.
Müğənni bildirib ki, ailə həyatı 7 il davam edib:
"Ərimlə 7 illik bir hekayə yaşandı və bitdi. Mən ona 7 ilimi həsr etmişdim. Qədrimi bildi ki, ona mahnı da həsr edəm. Allah canını sağ eləsin, hər zaman övladlarının üzərində dursun".
O, uşaqları ilə bağlı məsələyə də toxunub və onların atası ilə əlaqədə olduqlarını vurğulayıb:
"Ataları ilə görüşürlər. Atası övladlarının efirdə görünməsinə icazə vermir. Çünki bir dəfə efirə çıxırlar, danışığını bilməyənlər ağızlarına gələni yazırlar. Bu da atalarına xoş deyil. Mən sənətdə olduğum üçün deyilən sözlərin boş olduğunu bilirəm. Bəzən oğlanlarım deyir ki, dördümüz bir yerdə harasa gedək. Onlar həyatı hələ tam anlamırlar, həyatın bu üzünü görməyiblər".
Müğənni açıqlamasında kişi-qadın münasibətlərinə də toxunaraq diqqət çəkən fikirlər səsləndirib:
"Kişilər məndən inciməsin, indiki zamanda bir kişiyə güvənmək asan deyil".
Nəfəsin bu səmimi etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az