Qumralla aparıcı arasında DAVA düşdü - Efirdən GETDİ - VİDEO

14 Yanvar 2026 17:19

Efirdə baş verən qalmaqallı hadisə sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, aparıcı ilə müğənni Qumral arasında efir zamanı ciddi gərginlik yaşanıb.

Məlumata görə, Qumral qonaq olduğu verilişdə aparıcının səsləndirdiyi fikirlərə əsəbiləşib. Söhbət zamanı müğənninin Xalq artistinin ifasını tanımaması müğənnini çətin vəziyyətə salıb. Qumral bu vəziyyətin təsadüfi olmadığını bildirib və aparıcını bunun xəbər kimi mediada tirajlanacağında günahlandırıb.

Onun sözlərinə görə, həmin sənətkar xanımla aralarında belə mövzununolmasını istəmir.

Gərginlik artdıqdan sonra Qumral emosiyalarını gizlədə bilməyib, aparıcı ilə sözləri "çəp" gəlib və nəticədə müğənni verilişi yarımçıq tərk edib.

Canlı efirdə yaşanan bu gərgin anlar izləyicilərin diqqətindən yayınmayıb və qısa zamanda sosial şəbəkələrdə yayılıb. Hadisə ilə bağlı fikirlər birmənalı deyil. Bəziləri müğənnini haqlı sayır, digərləri isə efirdə bu cür reaksiyanı artıq hesab ediblər.

Musa
Milli.Az