Qazaxda qəza olub, ölən var

13 Yanvar 2026 23:03

Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili arxadan ağır tonnajlı yük avtomobilinə çırpılıb.

Qəza zamanı minik avtomobilində olan K. Salmanov hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az