Paytaxtın əsas magistrallarından birində yanğın hadisəsi qeydə alınıb.
Milli.Az xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, Moskva prospektində hərəkətdə olan minik avtomobili qəfil alovlanıb.
Yanğın nəticəsində avtomobilə ciddi ziyan dəysə də, ilkin məlumatlara görə xəsarət alan olmayıb. Hazırda ərazidə nəqliyyatın hərəkətinin bərpası və yanğının başvermə səbəblərinin araşdırılması istiqamətində işlər aparılır.
Milli.Az