Qusarda məktəbliləri maşın vurdu

13 Yanvar 2026 18:42

Qusarda məktəbliləri avtomobil vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hərəkətdə olan avtomobil 2 saylı orta məktəbin qarşısında yolu keçmək istəyən iki məktəbli qızı vurub.

Hadisə nəticəsində məktəblilər - 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az