Polkovnik Məlikməmməd Qurbanovun cəzası azaldıldı

13 Yanvar 2026 18:16

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində təqsirli bilinən polkovnik Məlikməmməd Qurbanovun cəzası azaldılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmə müdafiə tərəfinin şikayəti əsasında belə qərar çıxarıb.

Son qərarla Məlikməmməd Qurbanovun cəzası 6 il 6 aydan 6 ilə endirilib. Qərar qalan hissələrdə dəyişdirilməyib.

Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. O, 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. 

Bakı Apellyasiya Məhkəməsinin yekun qərarı ilə Qurbanova 6 il 6 ay həbs cəzası verilmişdi.

Milli.Az