Səbinə Bağırovaya yüksək vəzifə verildi

13 Yanvar 2026 17:53

Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib.

Milli.Az xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub.

Səbinə Bağırova faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.

Milli.Az