Qara dənizdə Qazaxıstana məxsus neft tankerləri kamikadze dronlarının hücumuna məruz qalıb.
Milli.Az xəbər verir ki, Qazaxıstan tərəfi hücuma məruz qalan gəmilərin ölkəyə aid olduğunu rəsmən təsdiqləyib.
Bildirilib ki, hücuma məruz qalan tankerlərdən biri "Matilda" adlı neft tankeridir. Dron hücumu nəticəsində partlayış qeydə alınsa da, yanğın baş verməyib.
Hadisə zamanı ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Məlumata görə, tanker üzmə qabiliyyətini saxlayır və ciddi texniki zədələnmə aşkar edilməyib.
Fidan
Milil.Az