Türkiyədə prokuror məhkəmədə hakimi güllələdi - Keçmiş arvadı olub...

13 Yanvar 2026 17:33

Türkiyədə məhkəmə binasında silahlı insident baş verib.

Milli.Az xəbər verir ki, Türkiyə mediası xəbər verir ki, İstanbulun Kartal şəhərindəki Regional Ədalət Məhkəməsinin 23-cü Cinayət Kollegiyasında çalışan qadın hakim prokuror tərəfindən güllələnib. 

Belə ki, prokuror keçmiş həyat yoldaşı olan hakimi güllələyib.

Qadın hakimin vəziyyəti ağır qiymətləndirilir, hadisəni törətməkdə şübhəli bilinən prokuror saxlanılıb.

Milli.Az