Azərbaycanlı qız Gürcüstanda öldü

13 Yanvar 2026 16:04

Bir ay əvvəl Gürcüstanda ağır yol qəzası keçirən və xəstəxanada müalicə olunan azərbaycanlı qız vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Marneuli bələdiyyəsinin Keşəli kənd sakini Asimət Kərimova xəstəxanada həyatını itirib.

Qeyd edək ki, A.Kərimova yaşadığı Marneuli rayonunda baş vermiş qəzada ağır yaralanmışdı.

Milli.Az