Əməkdar artistdən qızının toyunda qadağa

13 Yanvar 2026 17:34

verdiyimiz kimi, Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin toyu yanvarın 16-da olacaq. 

Milli.Az-ın məlumatına görə, şəhər restoranlarından birində keçiriləcək məclisdə F.Qasımovanın qonaqlarına qadağası olacaq. Belə ki, muğam ifaçısı məclisdə spirtli içki verilməsinə qadağa qoyub. 

Toyda eyni zamanda kişilər zalın yuxarı, qadınlar isə aşağı hissəsində oturacaqlar. 

Qeyd edək ki, Mövlanə ötən ilin yanvarında Fərid adlı bəylə nişanlanıb. /Axşam.az

Milli.Az