Portuqaliyanın "Akademiko" klubu "Qarabağ"ın bir müddətdir transfer gündəmində saxladığı braziliyalı hücumçu Andre Klovisin transfer qiymətini açıqlayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Vizeu təmsilçisi futbolçusunu "Qarabağ"a satmaq üçün üç milyon avro məbləğində kompensasiya tələb edir.
Maraqlıdır ki, 28 yaşlı braziliyalı forvardın xidmətində təkcə Azərbaycan çempionu deyil, eyni zamanda Çin Superliqasının təmsilçisi olan "Uhan Fri Tauns" da maraqlıdır. Bu da transferin reallaşmasını çətinləşdirə bilər.
Andre Klovis artıq 2025-ci ilin yayından etibarən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun transferlər siyahısında yer alır. Braziliyalı hücumçu cari mövsüm ərzində meydana çıxdığı 20 rəsmi oyunda 15 qol vurmağı və 2 məhsuldar ötürmə verməyi bacarıb.
Milli.Az