ABŞ Prezidenti Donald Tramp İslam Respublikası ilə əməkdaşlıq edən bütün ölkələrə qarşı sərt iqtisadi tədbirlər görüləcəyini açıqlayıb.
Milli.Az-ın məlumatına görə, Tramp bu bəyanatı "Truth Social" platformasında paylaşıb. O bildirib ki, İrana və onunla biznes əlaqəsi quran hər bir dövlət ABŞ ilə aparılan əməliyyatlarda 25 faiz əlavə rüsum ödəməli olacaq.
Prezident qərarın dərhal qüvvəyə minəcəyini və heç bir istisnanın nəzərə alınmayacağını xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu addım qəti xarakter daşıyır və dəyişdirilməyəcək.
Asya
Milli.Az