Könül Kərimovadan Naziləyə ağır CAVAB: "Qara siyahı"ya atmışam"

13 Yanvar 2026 20:47

Şairə Nazilə Səfərli müğənni Könül Kərimovanın onun sözlərinə bəstələnmiş mahnını YouTube-dan silmək hüququnun olduğunu iddia edib.

Milli.Az xəbər verir ki, Əməkdar artist Könül Kərimova deyilə sözlərə sərt cavab verib.

Sənətçi "Rəngarəng" verilişində açıqlamasında bildirib:

"Mahnı seçəndə diqqət etmək lazımdır ki, sözlər kimə aiddir! Bu, mənə böyük dərs oldu! Belə xoşagəlməz məqamlarla heç vaxt uzlaşmamışam. Onun nömrəsini "qara siyahı"ya atmışam, bu hərəkətinə qarşı necə davranmalı idim ki?"

Kərimovanın bu açıqlaması şairə ilə müğənni arasında yaranmış qalmaqalın yeni mərhələsini işıqlandırıb və sosial mediada geniş müzakirələrə səbəb olub.

Milli.Az