Bakıda tikintidə FACİƏ - ölən var

13 Yanvar 2026 13:17

Bakıda tikintidə ölüm hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 12-də saat 12 radələrində paytaxtın Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

Həmin ünvanda aparılan tikintidə usta işləyən, 1986-cı il təvəllüdlü Əsgər Bəhruz oğlu Əsgərxanov binadan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az