Tramp Maskla İranda internetin bərpasını müzakirə edib

13 Yanvar 2026 12:50

ABŞ Prezidenti Donald Tramp "SpaceX" şirkətinin qurucusu, iş adamı İlon Maskla görüş keçirib.

Milli.Az-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt açıqlama verib. Onun sözlərinə görə, görüş zamanı İranda internet xidmətinin yenidən bərpa olunması məsələsi müzakirə edilib.

Levitt bildirib ki, Tramp bu mövzunu Maskla birbaşa müzakirə edib.

Xatırladaq ki, hazırda İranda internetə çıxış tamamilə məhdudlaşdırılıb. Bu addım ölkə üzrə geniş vüsət alan etiraz aksiyaları fonunda atılıb.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayının sonlarından etibarən İranda sosial-iqtisadi vəziyyətin ağırlaşması səbəbindən bir sıra şəhərlərdə kütləvi etirazlar başlayıb. Etirazlar zamanla hökumət qüvvələri ilə toqquşmalara çevrilib. Baş verən qarşıdurmalar nəticəsində yüzlərlə insan həyatını itirib, çoxsaylı vətəndaş isə yaralanıb və saxlanılıb. 

Asya
Milli.Az