Xalq artisti qızı ilə FOTOlarını paylaşıb bunları yazdı

13 Yanvar 2026 21:00

Xalq artisti Məleykə Əsədova qızı Gülərlə fotolarını yayıb.

Milli.Az xəbər verir ki, aktrisa Mərkəzi Amerikada hazırda istirahətdədir.

Sənətçi paylaşımına bu qeydi yazıb:

"Allah məni sevənin də, sevmiyənin də övladını qorusun. Mənim bircəciyim, qızımı da Allahım mənə çox görməsin. Allah hər zaman başının üzərində olsun. Allah nəzərdən, mərdimazardan, xətadan, bəladan qorusun. Ən yaxın dostu ağıl olsun. Həyat yolu işıqlı olsun".

Musa
Milli.Az