Müğənni Ayaz Babayev meyxanaçı Namiq Qaraçuxurlu barədə maraqlı açıqlama verib.
Milli.Az xəbər verir ki, müğənni "Pərvizə görə" verilişində qonaq olub. O, aparıcının "Bu gün şou-biznesdə kim dəyərləndirilmir, amma dəyərli sənətkardır" sualına belə cavab verib
"Namiq Qaraçuxurlu mənə görə xalq artisti olmalıdır. O, Azərbaycan folklorunu zirvəyə daşıyıb. Uşaqlıqdan onun xəstəsiyəm. Bu ada da layiqdir".
Ayaz Babayev həmkarı Əhməd Mustafayevin onu "bloger" adlandırmasına cavab verib:
"O söhbətdən sonra Əhmədlə üz-üzə gəlməmişəm, gəlsəm, salamlaşaram. Onları da qınamıram, mənim də qarşımda Ayaz Babayev olsa, söz atardım. Bilirəm ki, reaksiya gələ bilərdi. Məndən istifadə etmək istəyirlər, etsinlər. Sorurşurlar ki, niyə bloger deyirsən? Deyir, blogerlərlə oturub-durur. Mən cərrahlarla oturub-dursam, cərrah oluram? İnsanın fikri düz deyil. Mən səhifəmi influenser-artist kimi işlədirəm. Çoxşaxəli artistəm. Sən nəyisə bacarmırsansa, sadəcə səhnədə toy oxuyursansa... Əslində hamının öz səhifəsi, blogu var. Bu sözü deyəndə düşünürlər ki, Ayaza təsir edir, əksinə, reklamlarım artır".
Milli.Az