Abşeronda zəncirvari qəza: Yaralananlar var

13 Yanvar 2026 01:26

Abşeron rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba magistral yolunda qeydə alınıb.

Belə ki, "Opel", KIA və BYD markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az