ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:10

Vaşinqton administrasiyası ABŞ hakimiyyətinin icazəsi olmadan Venesueladan çıxan bütün tankerləri ələ keçirməyə davam edəcək.

Milli.Az-ın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Prezident Donald Tramp çox açıq şəkildə bildirib ki, yalnız ABŞ-nin təsdiqini almış neft tankerləri Venesuelanı tərk edə biləcək.

"Biz dövlət mənsubiyyəti olmayan və ya ABŞ-dən ticarət aparmaq üçün icazə almayan gəmiləri ələ keçirməyə davam edəcəyik", - o, vurğulayıb.

Milli.Az