Rəqsanə Nəsimi Nəbizadədən danışdı

12 Yanvar 2026 23:44

"Mən də bu mövzu haqqında fikrlərimi bildirmək istəyirəm. Dünəndən baxıram ki, narkoloji reablitasiya mərkəzlərindən birindən jurnalistlərdən biri gedib və onu tapa bilmirlər".

Milli.Az xəbər verir ki, bunu Rəqsanə İsmayılova sosial media hesabında bildirib.

O, keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicə aldığı reablitasiya mərkəzindən qaçmasına belə reaksiya verib:

"Sonra həmin mərkəzin bütün sosial media hesablarına baxdım və gördüm ki, ona orada göstərilən diqqət və qayğı çox yüksək səviyyədədir. Ona necə diqqət etdiklərini də gördüm. Düzdür, jurnalistin həmin mərkəzdən qaçması birmənalı qarşılanıb. Hərə öz fikrini bildirib. Düşünürəm ki, bu insanların onlara dəstək olması pis bir şey deyil. ONlar qayda-qanunla fəaliyyət göstərirlər".

Qeyd edək ki, Nəsimi Nəbizadə ötən ilin sentyabrında "Qurtuluş" Reablitasiya Mərkəzinə yerləşdirilmişdi. O, yanvarın 8-də müalicə aldığı mərkəzdən qaçıb. (yeni.sabah)

Milli.Az