Pakistanda partlayış - 7 polis öldü

12 Yanvar 2026 20:59

Pakistanın şimal-qərbində yerləşən Tank rayonunda polis avtomobilinə qarşı törədilən partlayış nəticəsində yeddi polis əməkdaşı ölüb.

Milli.Az xəbər verir ki, uzaqdan idarə olunan partlayıcı qurğunun işə salınması nəticəsində beş polis əməkdaşı hadisə yerində, daha iki nəfər isə xəstəxanada ölüb.

Hücumun məsuliyyətini "Təhriki-Taliban" qruplaşması öz üzərinə götürüb.

Milli.Az