"Mançester Yunayted" rəhbərliyi komandanın son vaxtlar göstərdiyi zəif nəticələrdən sonra baş məşqçini istefaya göndərib və mövsümün sonuna qədər və ya yeni daimi məşqçi tapılana qədər komandanı Maykl Kerrikə həvalə edib.
Milli.Az xəbər verir ki, Kerrik daha əvvəl də (Ole Qunnar Sulşerin gedişindən sonra) müvəqqəti olaraq bu vəzifəni icra etmiş və uğurlu nəticələr göstərmişdi.
"Middlesbrough" klubundakı müstəqil məşqçilik fəaliyyəti ilə özünü sübut edən Kerrik, artıq daha təcrübəli bir mütəxəssis kimi "Old Trafford"a qayıdır.
Kerrikdən tələb olunan əsas vəzifə komandada nizam-intizamı bərpa etmək və Çempionlar Liqasına vəsiqə şanslarını qoruyub saxlamaqdır.
Kerrik verdiyi ilk müsahibədə bildirib ki, bu klubun bir parçası olmaq hər zaman böyük qürurdur: "Vəziyyətin çətin olduğunu bilirəm, lakin mən və oyunçular bu klubu layiq olduğu yerə qaytarmaq üçün əlimizdən gələni edəcəyik."
Sosial mediada "Mançester Yunayted" azarkeşləri bu təyinatı müsbət qarşılayıblar. Bir çoxları hesab edir ki, Kerrik "Yunayted DNT-sini" daşıyan və oyunçuların hörmət etdiyi bir şəxs kimi indiki məqamda ən doğru seçimdir.
Lalə Qüdrətova
Milli.Az