Bu gün Yer kürəsində G2 səviyyəli geomaqnit qasırğasının baş vermə ehtimalı var.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı Şamaxı Astrofizika Rəsədxanası yayıb.
Rəsədxananın açıqlamasında bildirilib ki, Günəşdə müşahidə olunan Tac Dəliklərinin təsiri nəticəsində 13-16 yanvar tarixlərində geomaqnit sahəsinin aktivliyinin artaraq G1 səviyyəsinə çatması mümkündür.
Asya
Milli.Az