"Məni öldürmək istəyirlər, əl çəkin"

12 Yanvar 2026 18:30

Xalq artisti Fatma Mahmudova "Bir gün" verilişində şəxsi həyatı və mərhum həyat yoldaşı, Xalq artisti Tofiq Qarayevlə bağlı səmimi etiraflar edib.

Milli.Az xəbər verir ki, aktrisa bildirib ki, ailə həyatında xoşbəxt ola bilməyib və həyat yoldaşı sənət mühitində paxıllığın qurbanı olub. Onun sözlərinə görə, Tofiq Qarayevin geniş kütlə tərəfindən tanınmasını istəməyənlər olub və bu səbəbdən ona qarşı daim maneələr yaradılıb.

"Əhatəsi çox pis idi. Heç kim istəmirdi ki, Tofiq Qarayevi kütlə tanısın. Öldürməyincə, ondan əl çəkmədilər", - deyə Mahmudova vurğulayıb.

Xalq artisti əlavə edib ki, özü heç vaxt paxıl olmayıb, əksinə, tərəf müqabillərinin güclü olmasını istəyib. Aktrisa hazırda da təzyiqlərlə üzləşdiyini bildirərək, "Əl çəkin məndən, qoyun yaşayın", - deyə çağırış edib.

Milli.Az