İlham Əliyev içməli su ilə bağlı vacib qanunu təsdiqlədi

12 Yanvar 2026 15:36

Azərbaycanda su mənbələrinin bərpası nəticəsində istehsal gücünün saniyədə 30 m³-ə çatdırılması nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, mövcud suötürücü qurğuların kompleks şəkildə yenidən qurulması və 5 yeni infrastruktur obyektinin yaradılması planlaşdırılır.

Milli.Az