M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin növbəti möhtəşəm konserti baş tutdu.
Proqramda ilk olaraq M.Qlinkanın "Ruslan və Lüdmila" operasından Uvertüra səsləndi.
Ardınca S.Raxmaninovun dərin lirizmi və emosional zənginliyi ilə seçilən piano və orkestr üçün 2 nömrəli konserti, c-moll, op.18 solist - Günel Kazımovanın (piano) ifasında dinləyicilərə təqdim olundu.
Son olaraq gecə P.İ.Çaykovskinin 1 nömrəli Simfoniyası - "Qış xəyalları" ilə tamamlandı. Bu simfoniya qış mövsümünün romantikasını, təbiətin sakitliyini və daxili duyğuların poetik təcəssümünü musiqi vasitəsilə dinləyicilərə çatdırdı.
Tədbir musiqisevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az