Karton meyvə şirəsindən naməlum maddələr çıxdı - AQTA-dan AÇIQLAMA

13 Yanvar 2026 14:08

Son günlər sosial mediada "Vita" markasına məxsus karton qutularda satılan meyvə şirələri ilə bağlı şikayətlər artıb.

Milli.Az xəbər verir ki, istifadəçilər bildiriblər ki, şirələrin içindən ağ və qara rəngli, torpaq kimi görünən qatqılar və ya digər naməlum maddələr çıxır:

"Bunlar meyvə şirələrinə əlavə olunmuş kimyəvi maddələr ola bilər. Məhsulun son istifadə tarixi keçmiş və şirənin tarixini dəyişdiriblər".

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qeyd edib ki, sosial şəbəkələrdə yayılan videolar bəzən diqqət çəkmək məqsədilə paylaşılır və həmişə dəqiq olmaya bilər: 

"Qida məhsullarında hər hansı uyğunsuzluqla qarşılaşan vətəndaşlar qəbz, satış obyekti və tarixi göstərməklə "1003" Çağrı Mərkəzinə müraciət edə bilərlər. Daxil olan məlumatlar araşdırılacaq və lazım gəldikdə tədbirlər görüləcək". 

Asya
Milli.Az