Evlilik təklifi etmək istəyən bir kişinin başına gələn hadisə sosial şəbəkələrdə gündəm olub.
Milli.Az xəbər verir ki, sevdiyi qadına sürpriz hazırlayan kişi xüsusi qurğu üzərinə çıxaraq diz çöküb evlilik təklifi etmək istəyib. Lakin gözlənilməz anda dayandığı qurğu çökdürüb. Nəticədə həm kişi, həm də qadın yerə yıxılıb.
Hadisə ətrafdakıların və sosial şəbəkə istifadəçilərinin gülüşünə səbəb olub. Görüntülər qısa zamanda yayılaraq geniş müzakirələr doğurub. Bir çoxları bu uğursuz evlilik təklifini "biabırçı an" kimi dəyərləndirib, digərləri isə hadisəyə yumorla yanaşıb.
Bəy namizədinin sürprizi isə gözlənilməz sonluqla yadda qalıb.
Musa
Milli.Az