Narkotik əməliyyatında saxlanılan məşhurlar bu oteldə görüşüblər - VİDEO- FOTO

12 Yanvar 2026 16:34

İstanbul Baş Prokurorluğunun apardığı məşhurları hədəf alan narkotik və fahişəlik istintaqı çərçivəsində toplaşma yeri olduğu iddia edilən Bebek Otelində axtarış aparılıb.

Milli.Az xəbər verir ki, həbs olunan otel meneceri Arif Altunbulak ifadəsində incəsənət, biznes və idman aləmindən tanınmış şəxslərin burada toplandığın, ıpolis əməliyyatından təxminən 30-45 dəqiqə əvvəl oteldən ayrıldıqlarını iddia edib.

Məlumata görə, oteldə bəzi otaqlar müxtəlif adlarla qeydiyyata alınıb, VIP bölmələrdə qruplar halında narkotik istifadəsi aşkar edilib. Təhlükəsizlik yoxlamalarının aparılmadığı da bildirilib.

İstintaq çərçivəsində otel sahibi Muzaffer Yıldırım və menecer Arif Altunbulak daxil olmaqla 19 nəfər həbs edilib, 3 nəfər barəsində ev dustaqlığı qərarı verilib. Daha əvvəl səyahət qadağası tətbiq olunan bəzi şübhəlilər isə ifadə verdikdən sonra sərbəst buraxılıb.

Fidan
Milli.Az