Teleaparıcı və prodüser "Öz Aramızda" verilişinin canlı yayımına zəng edərək müğənni Sevinc Ağaşirinovanın geyimini tənqid edib.
Milli.Az xəbər verir ki, veriliş zamanı aparıcı Sevincə belə deyib:
"Efirdə çox vulqar geyinmisən, sinən metr yarım bayırdadır. Bu televiziyadır, mənim verilişimə belə geyimlə gəlmək olmaz, səni geri qaytara bilərəm. Bu geyim insanın əsəbinə toxunur. Sənin üçün gündəm düzəldirsən, reklama gəlmisən. Bu tip geyimlər axşam verilişlərinə daha uyğundur. Mənim yerimdə olsaydın, geyimlərə pul xərcləmək əvəzinə yaxşı mahnılar alardın".
Müğənni Sevinc Ağaşirinova isə prodüserin bu sözlərinə etirazını bildirib.
Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub və izləyicilər arasında fikir ayrılığı yaradıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Hüseyn
Milli.Az