Rusiyada taksi xidmətlərindən istifadə xərclərinin 2026-cı ildə də yüksələcəyi gözlənilir.
Milli.Az-ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, ekspertlər iqtisadi amillər və nəqliyyat vasitələrinin lokallaşdırılmasını nəzərdə tutan qanunun təsiri fonunda taksi tariflərinin il ərzində orta hesabla 18 faiz bahalaşa biləcəyini proqnozlaşdırırlar.
Mütəxəssislər bildirirlər ki, qiymət artımı əsasən böyük şəhərlərdə daha aydın hiss olunacaq və xüsusilə sıxlıq olan saatlarda sərnişinlər üçün xərclər daha da artacaq.
Xatırladaq ki, 2025-ci ildə Moskva şəhərində taksi ilə bir səfərin orta qiyməti təxminən 900 rubl olub.
Hüseyn
Milli.Az