Məşhur aparıcı Fulya Öztürk ilə müğənni Hadise arasında sosial şəbəkədə fikir ayrılığı yaşanıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadise İranda baş verən etirazlarla bağlı "Səssiz qalma" başlığı altında paylaşım edərək, "İranda insanlar sadəcə səslərinin eşidilməsi üçün həyatlarını riskə atırlar" ifadəsini işlədib.
Bu paylaşım jurnalist Fulya Öztürkün tənqidinə səbəb olub. O, Hadisəyə müraciət edərək belə yazıb:
"Kaş ki, Qəzza üçün də 'səssiz qala bilmərəm' deyəydiniz. Hadise xanım, Orta Şərqdə baş verən prosesləri daha yaxşı anlamağınızı, xəbərləri izləməyinizi və araşdırma aparmağınızı tövsiyə edirəm."
Müzakirələrdən sonra sosial şəbəkə istifadəçiləri Hadisenin daha əvvəl Qəzza ilə bağlı paylaşım etdiyini xatırladaraq, həmin tviti yenidən gündəmə gətiriblər. Bu isə qalmaqalın daha da böyüməsinə səbəb olub.
Hüseyn
Milli.Az