Futbol üzrə İspaniya Superkubokunun finalında bu gün "El Klasiko" baş tutub.
Milli.Az xəbər verir ki, həlledici oyunda "Real" və "Barselona" komandaları üz-üzə gəlib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Gərgin keçən qarşılaşmada azarkeşlər 5 qola şahidlik ediblər. Oyun kataloniyalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Barselona" tarixində 16-cı dəfə bu İspaniya Superkubokunun sahibi olub.
"Barselona" - "Real" 3:2
Qollar: Rafinya, 36, 73, Levandovski, 45+1 - Vinisius, 45+2, Qarsiya, 45+6
Milli.Az