"Azərbaycan Uşaqları" İctimai Birliyinin qaynar xəttinə 15 yaşlı qız tərəfindən müraciət daxil olub".
Milli.Az xəbər verir ki, bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, 2011-ci il təvəllüdlü azyaşlı qız 3 nəfər tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.
DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan saytımıza verilən məlumata görə, Beyləqan rayonunda 15 yaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub:
"Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir".
Milli.Az