“Arsenal”ın yarımmüdafiəçisi sürücülük hüququndan məhrum edildi

11 Yanvar 2026 15:17

İngiltərənin "Arsenal" klubunun futbolçusu Deklan Rays altı aylıq müddət üçün avtomobil sürmək hüququndan məhrum olunub.

Milli.Az xəbər verir ki, bu qərar 26 yaşlı yarımmüdafiəçinin qısa müddət ərzində eyni yolda iki dəfə sürət həddini aşması səbəbindən verilib.

Yanvarın 3-də Londonun şimalındakı evinin yaxınlığında, saatda 48 km sürət limitli yolda "Land Rover" avtomobilini 60 km/saat sürətlə idarə edən Rays, beş gün sonra, yanvarın 8-də isə sürət həddi 64 km/saat olan yolda 79 km/saat sürətlə hərəkət etdiyi üçün saxlanılıb.

Məhkəmə futbolçuya həm sürücülük hüququndan məhrumetmə cəzası kəsib, həm də onu 2185 funt-sterlinq (təxminən 4980 manat) məbləğində cərimələyib.

Kənan
Milli.Az