ABŞ-də dəhşətli cinayət: Gənc ailəsini və daha iki nəfəri öldürdü

11 Yanvar 2026 15:38

ABŞ-nin Missisipi ştatında baş verən silahlı hücum nəticəsində altı nəfər həyatını itirib. Hadisə yanvarın 9-da qeydə alınıb.

Milli.Az-ın məlumatına görə, polisə istinadən "The New York Post" nəşri bildirir ki, 24 yaşlı Darika Mur Uest-Poynt şəhəri ətrafında bir neçə fərqli məkanda silahdan istifadə edib. İlkin araşdırmalara əsasən, gənc əvvəlcə ailə üzvlərinə atəş açaraq atasını, qardaşını və əmisini qətlə yetirib, sonra isə hadisə yerindən uzaqlaşıb.

Daha sonra o, yeddi yaşlı qızını güllələyib və bundan sonra başqa ünvana gedərək daha iki kişini öldürüb.

Hüquq-mühafizə orqanları şübhəlini qısa müddət ərzində saxlayıblar. Bildirilir ki, Mur törətdiyi əməllərə görə ölüm cəzası ilə üzləşə bilər. Polis bu faciəni Missisipidə son on ildə qeydə alınan ən ağır silahlı hadisələrdən biri kimi qiymətləndirir.

Kənan
Milli.Az