Gürcüstan dağlarında təxminən 20 xizəkçi və snoubordçudan ibarət qrup qar uçqunu altında qalıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Tetnuld dağı yaxınlığındakı Yuxarı Svanetidə baş verib.
Qar altında qalan insanların dəqiq sayı məlum deyil.
Onların axtarışları davam etdirilir.
Milli.Az