Dünyanın ən yaxşı konservləri açıqlandı

10 Yanvar 2026 23:07

Məşhur ləzzət atlası "TasteAtlas" dünya mətbəxlərində fermentasiya və konservləşdirmə üsulu ilə hazırlanan ən dadlı qidaları müəyyən edib. Siyahıda müxtəlif ölkələrin dünyaca məşhur ləzzətləri yarışıb.

Milli.Az xəbər verir ki, qiymətləndirmə nəticəsində Türk turşusu dünyanın ən yaxşı 10 konservləşdirilmiş məhsulu arasına daxil olaraq 9-cu yerdə qərarlaşıb. Turşunun tərəvəzlərin təbii dadını qoruyub saxlaması, iştah açıcı turş dadı və süfrələrdə tamamlayıcı rolu xüsusi vurğulanıb. Xüsusilə kələm, xiyar, yerkökü və sarımsaq kimi tərəvəzlərin sirkə və duzlu su ilə möhtəşəm uyğunluğu beynəlxalq tənqidçilərin rəğbətini qazanıb.

Siyahıda yer alan digər məşhur ləzzətlər

Dünya üzrə bir çox fərqli dadın yer aldığı siyahıda bəzi önəmli konservlər bunlardır:

Kimchi (Cənubi Koreya): Koreya mətbəxinin simvolu olan bu fermentləşdirilmiş tərəvəzlər siyahının yuxarı pillələrindədir.

Pa Kimchi (Cənubi Koreya): Yaşıl soğanla hazırlanan xüsusi növ kimchi.

Koşer Turşusu (ABŞ): Amerikada məşhur olan sirkəsiz, duzlu suda hazırlanan xiyar turşusu.

Spreewalder Gurken (Almaniya): Almaniyaya məxsus, xüsusi ədviyyatlarla hazırlanan xiyar turşusu.

Həkimlər və qida mütəxəssisləri turşunun həm də güclü bir probiotik mənbəyi olduğunu və immuniteti gücləndirdiyini qeyd edirlər. 

Lalə Qüdrətova
Milli.Az