"Mançester Siti" və "Ekseter Siti" komandaları arasında 2025/2026 İngiltərə Kubokunun III tur matçına yekun vurulub.
Milli.Az xəbər verir ki, Mançesterdəki "Etihad" stadionunda keçirilən qarşılaşma "Mançester Siti"nin qələbəsi ilə başa çatıb.
Belə ki, Cosep Qvardiolanın yetirmələri 10:1 hesabla rəqiblərini darmadağın edib.
Bununla da "Mançester Siti" İngiltərə Kubokunun növbəti mərhələsinə vəsiqə qazanıb. "Exeter City" isə yarışda iştirakını başa vurub.
Milli.Az