Keçmiş polis rəisi vəfat etdi - FOTO

10 Yanvar 2026 19:56

Şərur rayonunun sabiq polis rəisi, Ali Sovetin deputatı, polis polkovnik-leytenantı Allahverdi Həsənov vəfat edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Naxçıvan Ali Məclisinin sabiq deputatı Fərəməz Novruzoğlu məlumat yayıb.

Qeyd edək ki, Allahverdi Həsənov SSRİ-nin saxlanmasının əleyhinə səs verən 43 istiqlalçı deputatdan biridir. Polis rəisi 2007-ci ildə (55 yaşında) təqaüdə çıxmışdı. (Axar.az)

Milli.Az