Xaricdən evə qayıdan gün öldü

10 Yanvar 2026 19:08

Goranboyda 45 yaşlı kişi xaricdən vətənə qayıtdığı gün bədbəxt hadisə nəticəsində həyatını itirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xeyli müddətdir Rusiyada yaşayan Namiq İsmayılzadə dünən Azərbaycana geri dönüb.

O, evə çatdıqdan bir neçə saat sonra hamam otağında dəm qazından boğulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az